Millimizin üzvü 90 dəqiqə oynayıb, 1 xala sevindi

Millimizin üzvü 90 dəqiqə oynayıb, 1 xala sevindi
Türkiyənin PTT 1-ci liqasında XXIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" "1461 Trabzon"u qəbul edib.
Oyun 0:0 hesabı ilə başa çatıb. Qaziantep təmsilçisinin baş məşqçisi Hasan Özer Ufuka yenə start heyətində şans verib. Futbolçumuz 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Qaziantep BB" 22 oyundan sonra 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər