Millimizin üzvləri alman klubunu sevindirdi

Millimizin üzvləri alman klubunu sevindirdi
21 yaşadək futbolçulardan ibarət millimizin futbolçuları Tuğrul Eratla Eren Taşkının çıxış etdiyi "Fortuna" İspaniyanın La-Manqa bölgəsində hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Düsseldorf təmsilçisi ilk yoxlama oyununu keçirib.
II Bundesliqa təmsilçisinin rəqibi Perunun "Alyansa" olub. İlk yarısı qolsuz bərabərliklə tamamlanan matç 2:1 hesabı ilə başa çatıb. Hesabı 54-cü dəqiqədə Peru təmsmlçisi açıb. 46-cı dəqiqədə meydana çıxan Tuğrul 76-cı dəqiqədə bərabərliyi təmin edib. 69-cu dəqiqədə oyuna qoşulan Eren isə 78-ci dəqiqədə qələbə qoluna imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər