Millimizin sabiq üzvü türk klubunu sevindirdi - FOTO

Millimizin sabiq üzvü türk klubunu sevindirdi - FOTO

21 yaşadək futbolçulardan ibarət millimizin sabiq futbolçusu Timur Temeltaşın çıxış etdiyi “Altınordu” Türkiyənin II dəstəsində XXIX turu da qələbə ilə başa vurub. Fanat.az xəbər verir ki, İzmir təmsilçisi “Nazilli Bələdiyyəspor”un qonağı olub.

Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 90 dəqiqə oynayan Timur Temeltaş vurub. 44-cü dəqiqədə vurduğu qol onun cari mövsümdə 4-cü topu olub. Bu nəticədən sonra xalını 66-ya yüksəldən izmirlilər turnir cədvəlində liderliyini qoruyub saxlayır və Türkiyənin I dəstəsinə vəsiqə qazanmağa əsas namizəd olaraq qalır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər