"Samsunspor"la yoxlama oyununda yaxşı oynadıq, amma qələbə qazana bilmədik. Amma hazırlıq matçı olduğu üçün nəticə o qədər də önəmli deyil". Fanat.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Umut Sönmez deyib.
Futbolçu "Adanaspor" matçında qələbə qazamaq istəyir: "Adanaspor"la oyuna yaxşı hazırlaşırıq. Çox yaxşı vəziyyətdəyik. İnşallah bu matçı qazanacağıq. Tək istədiyimiz azarkeşlərin mövsüm boyu bizi dəstəkləmələridi".
Fanat.az