Millimizin rəqibləri danışdı - açıqlamalar

Millimizin rəqibləri danışdı - açıqlamalar
AVRO-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda çıxış edən komandaların baş məşqçiləri fikirlərini bildirib. Fanat.az mütəxəssislərin açıqlamalarını təqdim edir:
Çezare Prandelli (İtaliya millisinin baş məşqçisi): "Azərbaycan yığması haqda əsas məlumatı Braziliyada keçiriləcək dünya çempionatından sonra toplamağa başlayacağıq. Ancaq indidən deyə bilərəm ki, komandanızda çoxlu yaxşı oyunçular cəmləşib. Əminəm ki, Azərbaycanın güclü yığması var. Hər halda, məşqçiniz adlı-sanlıdı. Sizlə oyunda altı xal qazanmaq üçün, bizə komandanızın hər bir oyunçusunu öyrənmək lazımdı ki, bununla da bilavasitə oyunlar qabağı məşğul olacağıq".
Niko Kovaç (Xorvatiya yığmasının baş məşqçisi): "Mən püşkatmanın nəticələrindən razıyam. Biz və italyanlar qrupun favoritiyik. Bolqarıstan, Norveç, Azərbaycan və Malta isə üçüncülük uğrunda mübarizə aparacaqlar. Qrupdakı mübarizəyə nikbinliklə baxıram".
Per-Matias Heqmo (Norveç yığmasının baş məşqçisi): "Azərbaycan yığması haqda yalnız söz-söhbətlərdən eşitməmişəm. Son seçmə mərhələdə heç də pis nəticələr göstərməyiblər. Nə vaxtsa sizin yığmayla bir qrupda oynamışıq. Düzü, hansı ildə olduğunu xatırlamıram. Azərbaycan yığmasına qarşı oyunlar Norveç yığması üçün böyük təcrübə olacaq".
Lyuboslav Penev (Bolqarıstan yığmasının baş məşqçisi): "Bizə asan olmayan, ancaq kifayət qədər bərabər qrup düşüb. Burda aşkar favorit və autsayderlər haqda danışmaq olmaz. Güman ki, əsas favorit İtaliya yığmasıdır. Azərbaycan millisinə qarşı hər bir komanda üçün asan olmayacaq. Ancaq biz AVRO-2016-ya düşmək istəyirik və bunun üçün bizə hər rəqibi məğlub etmək lazımdı. Düşünürəm ki, İtaliya millisindən başqa, hamı 2-3-cü yerlər uğrunda mübarizə aparacaq".
Pyetro Qedin (Malta yığmasının baş məşqçisi): "Biz artıq keçən il Azərbaycan yığmasına qarşı oynamışıq və böyük hesabla məğlub olmuşuq (0:3). İndi isə əsas heyətlə oynayacağıq. Axı o zaman təcrübə keçirdik. İndi daha ciddidi: qrupumuz güclüdü. Həm bizim, həm də Azərbaycan yığması üçün bu qrupda mübarizə çətin olacaq".
azerisport.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər