Norveç yığması yoxlama oyununa qüvvəsini sınayıb. Fanat.az xəbər verir ki, AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan komanda Birləşmiş Ərəb Əmirlikləri yığması ilə qarşılaşıb.
Qarşılaşma qolsuz başa çatıb - 0:0. Norveç millisi bu oyunda sadəcə, yerli çempionatda çıxış edən futbolçularla mübarizə aparıb. Norveç yığmasının müxtəlif ölkə çempionatlarında top qovan legioner futbolçuları isə oyuna dəvət olunmayıb.
Fanat.az