Millimizin oyununda daha 5 türk

Millimizin oyununda daha 5 türk

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya - Azərbaycan matçının bütün təyinatları müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA oyuna daha 5 türk hakim təyin edib.

Baş hakim Hüseyn Göçekə Mustafa Eyisoy və Orkun Aktaş yardım edəcək. Dördüncü hakim Serkan Ok, əlavə köməkçi hakimlər isə Mete Kalkavan və Hakan Ceylan olacaq.

Qeyd edək ki, oktyabrın 10-da Palermodakı Renzo Barbera stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər