Millimizin oyunu canlı yayımlanmayacaq

Millimizin oyunu canlı yayımlanmayacaq
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan - İsrail oyunu canlı yayımlanmayacaq. Fanat.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan - İsrail oyununun videoyazısı bu gün saat 22.00-da "İdman Azərbaycan" kanalında nümayiş olunacaq.
Qeyd edək ki, oyun "Dalğa Arena"da keçiriləcək və saat 19.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər