Millimizin oyunlarında yunan və irland hakimlər

Millimizin oyunlarında yunan və irland hakimlər
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA yığmamızın oyunlarını yunan və irland referilərə tapşırıb.
Belçika və İsveçrə ilə oyunlarımızda ədaləti yunan FIFA referisi Antonis Qyaçis qoruyacaq. Bosniya və Hersoqovina ilə matçımızı isə irland Rob Rocers idarə edəcək.
Qeyd edək ki, seçmə mərhələnin oyunları 23-28 oktyabrda Belçikada keçiriləcək. 
23 oktyabr
22.00 Belçika - Azərbaycan
Hakimlər: Antonis Qyaçis, İazaros Dimitriadis (Yunanıstan), Aleksandr Radius, Neriyus Dunauskas (Litva).
Eisden. "Patro Eisden" stadionu. 
25 oktyabr
22.00 Azərbaycan - İsveçrə
Hakimlər: Antonis Qyaçis, İazaros Dimitriadis (Yunanıstan), Florian Lemayre, Jan Krieken (Belçika).
Beringen. "Mijn" stadionu.
28 oktyabr
22.00 Bosniya və Hersoqovina - Azərbaycan
Hakimlər: Rob Rocers, Mark Qavin (İrlandiya), Florian Lemayre, Jan Krieken (Belçika).
Eisden. "Patro Eisden" stadionu.

1

Azərbaycan

0

0

0

0

0-0

0

2

Belçika

0

0

0

0

0-0

0

3

Bosniya və H.

0

0

0

0

0-0

0

4

İsveçrə

0

0

0

0

0-0

0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər