Millimizin oynayacağı stadionlar müəyyənləşdi

Millimizin oynayacağı stadionlar müəyyənləşdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Millimizin yer aldığı 10-cu qurupun oyunları oktyabrın 23-28-də Belçikada keçiriləcək. Millimiz Belçika, İsveçrə, Bosniya və Hersoqovina yığmaları ilə mübarizə aparacaq.

Fanat.az xəbər verir ki, artıq millimizin oynayacağı stadionlar müəyyənləşib. Komandamız oyunlardan ikisini "Patro Eisden", birini "Minj" stadionunda keçirəcək. "Patro Eisden" stadionunun azarkeş tutumu 5500 nəfərdi. "Minj" stadionu isə 9416 azarkeş tutumuna malikdi.

23 oktyabr

22.00 Belçika - Azərbaycan

Eisden. "Patro Eisden" stadionu. 

25 oktyabr

22.00 Azərbaycan - İsveçrə

Beringen. "Mijn" stadionu.

28 oktyabr

22.00 Bosniya və Hersoqovina - Azərbaycan

Eisden. "Patro Eisden" stadionu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər