Millimizin daha bir üzvü zədələndi

Millimizin daha bir üzvü zədələndi
Milli komandamızın daha bir üzvü zədələnib. Fanat.az xəbər verir ki, hücumçu Rauf Əliyev bu gün sıradan çıxıb.
Belə ki, o, "Bakı" - "Simurq" matçında zədə alıb. Start heyətində yer alan Əliyev 28-ci dəqiqədə meydanı xərəkdə tərk edib. Raufun yerinə meydana Tural Qurb?tov çıxıb.
Qeyd edək ki, dünən millimizin başqa bir üzvü - Tuğrul Erat zədələnib. O, formasını geyindiyi "Fortuna"nın heyətində "İnqolştadt"la matçında 18-ci dəqiqəsində meydanı tərk etməli olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər