Millimizin AÇ-2016-dakı səbəti müəyyənləşdi

Millimizin AÇ-2016-dakı səbəti müəyyənləşdi

Futzal üzrə Avropa çempionatı-2016-nın səbətləri müəyyənləşib. Fanat.az xəbər verir ki, çempionluq uğrunda "Köhnə qitə"nin rekord sayda - 46 yığması mübarizə aparacaq.

Bunlar arasında AÇ-də ilk dəfə iştirak edəcək Şotlandiya yığması da yer alacaq.

Yarışın final mərhələsi fevralın 2-dən 13-dək davam edəcək. Belqradda təşkil olunacaq həlledici oyunlarda Serbiya yığması meydan sahibi qismində birbaşa iştirak etmək hüququna malikdi.

Sentyabrın 26-da baş tutacaq seçmə mərhələnin püşkatmasında 45 ölkə iştirak edəcək. Ümumilikdə 2 seçmə mərhə olacaq ki, Azərbaycan yığması reytinqinə görə təsnifat seçimindən azad edilib. 

Komandamız Xorvatiya, Rumıniya, Sloveniya, Bosniya və Hersoqovina, Polşa və Makedoniya yığmaları ilə eyni səbətdə yer alıb. Yəni bu kollektivlər seçmə mərhələdə Joze Alesio da Silvanın yetirmələri ilə qarşılaşa bilməz.

Əsas seçmə mərhələdə qrup qalibi adını qazanan 7 komanda Serbiyaya vəsiqəni birbaşa əldə edəcək. Qrup 2-ciləri və ən yaxşı göstəriciyə malik 3-cü pillənin sahibi isə pley-off mərhələsində daha 4 iştirakçının adını müəyyənləşdirəcəklər.

Qeyd edək ki, UEFA-nın işçi qrupunun qərarına əsasən Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşməyəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər