Xorvatiya milli komandasının Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan və Azərbaycan milli komandalarına qarşı mübarizə aparacaq heyət bəlli olub. Fanat.az xəbər verir ki, baş məşqçisi Niko Kovaç sərəncamında 25 futbolçu görmək istəyib.
Qapıçılar: Daniyel Subaşiç ("Monako” , Fransa), Lovre Kaliniç ("Hayduk”), İvan Vargiç ("Riyeka”)
Müdafiəçilər: Dario Srna ("Şaxtyor”, Ukrayna), Vedran Çorluka ("Lokomotiv”, Rusiya), Dejan Lovren ("Liverpul”, İngiltərə), İvan Striniç ("Dnepr”, Ukrayna), Şime Vrsaljko ("Sassuolo”, İtaliya), Domaqoy Vida ("Dinamo”, Ukrayna), Marko Leşkoviç ("Riyeka”), Hrvoje Miliç ("Rostov”, Rusiya), İvan Tomeçak ("Riyeka”)
Yarımmüdafiəçilər: Luka Modriç ("Real”, İspaniya), İvan Rakitiç ("Barselona”, İspaniya), Mateo Kovaçiç ("İnter”, İtaliya), Marselo Brozoviç ("Dinamo”), Daniyel Pranyiç ("Panatinaikos”, Yunanıstan), Domaqoy Antoliç ("Dinamo”), Alen Haliloviç ("Barselona B”, İspaniya), İvan Perişiç ("Volfsburq”, Almaniya)
Hücumçular: Mario Mandjukiç ("Atletiko”, İspaniya), İvitsa Oliç ("Volfsburq”, Almaniya), Nikitsa Yelaviç ("Hall Siti”, ingiltərə), Andrey Kramariç ("Riyeka”), Duje Çop ("Dinamo”).
Qeyd edək ki, Bolqarıstan – Xorvatiya oyunu oktyabrın 10-da, Xorvatiya – Azərbaycan oyunu isə oktyabrın 13-ü Osiyek şəhərində keçiriləcək.
Fanat.az