Millimizdən dramatik qələbə

Millimizdən dramatik qələbə
Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün yoxlama oyunu keçirib. Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, millimizin rəqibi İsveçrənin "Qrasşopper" klubunun U-19 komandası olub.
Oyun Antalyanin Lara bölgəsindəki "Miracle" otelinin meydançasında baş tutub və türkiyəli hakimlər idarə edib. Yığmamız oyunun əvvəllərində Enes Keskin və Qara Qarayevin qolları ilə 2:0 hesabı ilə önə keçsə də, sona yaxın üstünlüyü əldən verib. Lain son dəqiqələrdə Səid İbadovun vurduğu qol millimizə qələbə qazandırıb - 3:2.
Antalya
Yoxlama oyunu
20 fevral
19.30 Azərbaycan U-17 - Qrasşopper U-19 (İsveçrə) 3:2
Qollar: Enes Keskin, Qara Qarayev, Səid İbadov.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər