"Jumeirah Bilgah Beach" otelinin çimərlik futbolu meydançasında keçirilən çimərlik futbolu üzrə Avropa Kuboku - Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) davam edir. Fanat.az xəbər verir ki, artıq ikinci turun oyunları başa çatıb.
A qrupunda yer alan milli komandamız ilk oyununa çıxıb və Yunanıstanı sınağa çəkib. Oyun yununların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. B qrupun oyununda isə Rusiya Macarıstana eyni hesabla qalib gəlib.
Millimiz növbəti oyununu bu gün İsveçrəyə qarşı keçirəcəcək. Matç saat 18.45-də başlayacaq.
Fanat.az