Çimərlik futbolu üzrə Azərbaycan yığma komandası dünya çempionatının II seçmə mərhələsi çərçivəsində son oyununu keçirib. Fanat.az xəbər verir ki, Macarıstanla üz-üzə gələn millimiz əlavə vaxtda məğlub olub.
İsveçrə və İngiltərə qarşısında ilk 2 oyunda "ağ bayraq" qaldıran komandamız bu dəfə 3:4 hesablı məğlubiyyətə üzülüb.
Rinat Sultanov və Əli Hüseynovun ardıcıl 2 qoluna macarlar 3 dəqiq zərbəylə cavab veriblər. Daha 1 qol avtoqoldan sonra millimizin lehinə qeydə alınıb.
Əlavə vaxtda isə macarlar Ferents Beseneylə qələbə topunu vurublar.
Fanat.az