Millimiz uddu, ermənilərlə ruslar uduzdu

Millimiz uddu, ermənilərlə ruslar uduzdu
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında AVRO-2015-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, bu gecə 6 oyun baş tutub.
Milli komandamızın İsraili 3:0 hesabı ilə yendiyi gündə Ermənistan darmadağın edilib. Ermənilər İslandiyaya boyun əyib - 0:4. Sloveniya Andorranı 5:0 hesabı ilə üstələyib. Rusiya Danimarkaya 2:4, Latviya Xorvatiyaya 1:3 hesabı ilə uduzub. Estoniya - Bolqarıstan matçında qalib müəyyənləşməyib - 2:2.
U-21
AVROP-2015 (seçmə mərhələ)
3 sentyabr
2-ci qrup
Danimarka - Rusiya 4:2
Qollar: Lasse Kristensen, 5; 44. Yannik Vesterqaard, 56. Andreas Kristensen, 73 - Arşak Koryan, 33. Denis Davidov, 89.
Estoniya - Bolqarıstan 2:2
Qollar: Madis Vihmann, 49. Hannes Anyer, 55-pen - Aleksandar Kolev, 8. Tsvetelin Çunçukov, 79.
Sloveniya - Andorra 5:0
Qollar: Haris Vuçkiç, 18. Elvis Bratanoviç, 55. Petar Stoyanoviç, 60. Mitya Lotriç, 82; 88. 
Turnir cədvəli: Danimarka 23, Rusiya - 19. Sloveniya - 14. Bolqarıstan - 9. Estoniya - 9. Andorra - 1.
5-ci qrup
Latviya - Xorvatiya 1:3
Qollar: Vladislavs Qutkovskis, 55  - Drazen Baqariç, 48. Ante Rebiç, 52-pen. Dario Zupariç, 70.
Turnir cədvəli: Xorvatiya - 19. Ukrayna - 13. İsveçrə - 12. Latviya - 6. Lixtenşteyn - 0.
8-ci qrup
Azərbaycan - İsrail 3:0
Qollar: Ağabala Ramazanov, 22. Rəhman Hacıyev, 31; 87.
Turnir cədvəli: Portuqaliya - 18. İsrail - 12. Norveç - 9. Azərbaycan - 7. Makedoniya - 4.
10-cu qrup
İslandiya - Ermənistan 4:0
Qollar: Holmbert Fridyonsson, 24; 57-pen. Emil Atlason, 68. Olafur Karl Finsen, 90.
Turnir cədvəli: Fransa - 18. İslandiya - 15. Kazaxıstan - 9. Ermənistan - 6. Belarus - 3.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər