Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin Bakıda toplanışı başlayıb.
Fanat.Az xəbər verir ki, bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək.
Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək və əlavə məlumat veriləcək.
1. Emin Kürdov (q) - Araz-Naxçıvan 2. Vladislav Reznov (q) - Araz-Naxçıvan 3. Kamran Hacıyev (q) - Baku Fire 4. Emil Həsənzadə - Araz-Naxçıvan 5. Xəzər Ağalızadə - Araz-Naxçıvan 6. İlham Alıyev - Araz-Naxçıvan 7. Ülvi Əliyev - Araz-Naxçıvan 8. Tofiq Mikayılov - Baku Fire 9. Nurlan Mehdizadə - Baku Fire 10. Oktay Rüstəmli - Baku Fire 11. Fərid Abbasov - Baku Fire 12. Murad Quluzadə - Baku Fire 13. Fərid Atakişiyev - Neftçi İK 14. Mirzə Əmirov - Neftçi İK 15. Eldar Zeynalov - Neftçi İK 16. Seymur Məmmədov - Neftçi İK
Qeyd edək ki, Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.