"O, qeyri-adi istedada malikdir" - İlkay Gündoğan

"O, qeyri-adi istedada malikdir" - İlkay Gündoğan

İlkay Gündoğan karyerası, futbol dünyasının dəyişən mənzərəsi və Kənan Yıldız haqqında danışıb. Fanat.Az xəbər verir ki, informasiyanı "La Repubblica" yayıb. Karyerasının gələcəyinə toxunan İlkay deyib: "İçimdə o həyəcanı hiss etdiyim müddətdə oynamağa davam edəcəyəm. Hələlik bu hissi mütləq yaşayıram. Amma bir müddətdir ki, növbəti mərhələ barədə düşünürəm. Başa düşürəm ki, karyeramın böyük hissəsi artıq geridə qalıb". Futbolda fərdiliyin ön plana çıxdığını qeyd edən təcrübəli oyunçu bunları bildirib: "Hamı! Oyunçular, məşqçilər və media... Bütün dünya fərdiliyi təbliğ edir. Bunun bir nümunəsi insanların sanki qollardan daha vacib heç nə yoxmuş kimi davranmasıdır. Qollar hər şeyə çevrilib. Təəssüf ki, bu tendensiya sosial şəbəkələr vasitəsilə daha da sürətlənir". İlkay Gündoğan həmçinin Kənan Yıldız haqqında da danışıb: "Kənan Yıldıza hörmət edirəm. O, qeyri-adi istedada malikdir. Texnikası, dinamikası və belə gənc yaşda nümayiş etdirdiyi baxımlı performans heyranedicidir. Onda ən yüksək səviyyəyə çatmaq üçün lazım olan hər şey var". Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər