Azərbaycan millisi dünən Litva ilə qarşılaşıb. Tərəflər arasında gərgin keçən görüşdə Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1:0 hesabı ilə qalib gəlib. Yığmamızın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb matç barədə nə düşündüyünü soruşduq. Onun Fanat.Az -a açıqlaması belə olub: "Hesab edirəm ki, Lixtenşteynlə oyunda da əzmkar idilər, sadəcə olaraq müəyyən epizodlarda qol imkanlarını reallaşdıra bilmədik. Bu iki oyundan sonra komandada psixoloji olaraq bir az eniş var idi. Məncə, texniki heyət futbolçulara bu görüşdə bir az da aqressivlik və əzmkarlıq qatdı. Çünki həqiqətən də artıq geriyə atılacaq addımımız qalmamışdı. Əgər bu oyunda heç-heçə etsəydik və ya xal itirsəydik, hər şeyi əldən vermiş olacaqdıq. Düzü, mənə görə hər şey əldən çıxmırdı. Məğlub olsaq və ya heç-heçə etsək də dəyişən bir şey yox idi, sadəcə oyunçularımız özlərinə inamı itirəcəkdilər. Mənə elə gəlir ki, o heç-heçə bu oyuna təsir göstərdi. Lixtenşteyni məğlub edə bilməməyimiz o qədər qınandı ki, oyunçular da öz potensiallarını göstərmək istədilər. Əslində onları udacaq gücdəyik, sadəcə Lixtenşteynlə oyunda bəxtimiz gətirməmişdi. Bəlkə də bunun verdiyi motivasiya ilə bu oyunda daha aqressiv göründülər və məncə, haqlı olaraq da qələbə qazandılar. Əslində bu matçda daha çox qol vurmalı idik". Əlisahib İbrahimli
"Geriyə atılacaq addımımız qalmamışdı" - Aslan Kərimov
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev