Azərbaycan milli komandasının Millətlər Liqasının yeni mövsümündəki çıxışı təkcə onun qrup mövqeyinə deyil, həm də dünya reytinqinə təsir göstərib. Fanat.Az -ın məlumatına görə, sentyabr-oktyabr ayları arasında 2 oyundan sonra milli komanda 3 pillə geriləyərək FIFA-nın canlı reytinqində 128-ci yerdədir. Azərbaycanın hazırda 1132.41 reytinq xalı var. Beləliklə, qrupdakı 2 oyun komandaya -5,46 xala başa gəlib. Canlı reytinqdə Azərbaycan Kipr və Malavinin arasındadır. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda ilk matçını sentyabrın 27-də keçirdi. Litva ilə səfər matçı 1:1 hesablı heç-heçə ilə başa çatdı və Azərbaycanı -1,10 xal geri saldı. Üç gün sonra Bakıda Lixtenşteynlə 0:0 hesablı məğlubiyyətə bərabər heç-heçə isə komandaya daha -4,36 xala başa gəldi. Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında növbəti oyununu bu gün Bakıda Litvaya qarşı keçirəcək.
Azərbaycan millisi FİFA-nın reytinqində 3 pillə gerilədi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev