"Qəbələ" millidə 11 matça çıxan legioneri heyətinə qatdı - RƏSMİ

"Qəbələ" millidə 11 matça çıxan legioneri heyətinə qatdı - RƏSMİ

"Qəbələ" heyətinə yeni futbolçu qatıb. Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi Endri Çekiçini rənglərinə bağlayıb. Albaniyalı mərkəz yarımmüdafiəçisi ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. 29 yaşlı oyunçu karyerası ərzində ‘Dinamo” (Zaqreb), “Olimpiya” (Lyublyana), “Konyaspor”, “Ankaragücü” kimi klublarda çıxış edib. O, Albaniya millisində 11 oyunda meydana çıxıb və 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər