Keyn İngiltərə millisinin tarixinə düşdü

Keyn İngiltərə millisinin tarixinə düşdü

İngiltərə millisinin hücumçusu Harri Keyn Xorvatiya ilə səfər oyununda (7:0) fərqlənərək milli komandanın tarixinə düşüb. Fanat.Az "Tribal Football"-a istinadən xəbər verir ki, “Bayern Münhen”in forvardı milliİngilnin heyətində ardıcıl 6 səfər oyununda qol vurmaqla buna nail olub. Beləliklə, o, bu göstəricidə sonuncu dəfə Sten Mortensenin 78 il əvvəl reallaşdırdığı rekordu təkrarlayıb. Ümumiyyətlə, Keyndən əvvəl bunu yalnız üç futbolçu bacarıb. Montensenlə yanaşı, Ceyms Uindric və Tom Finni də ardıcıl 6 səfər matçında qol vurublar. Qeyd edək ki, Keyn Andorra, Serbiya, Latviya, Albaniya, Çexiya və Xorvatiya ilə səfər oyunlarında fərqlənməklə uğurlu seriya yaradıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər