Belçika millisinin hücumçusu Romelu Lukaku Türkiyə üzərində 3:0 hesablı qələbədən sonra açıqlama verib. Fanat.Az xəbər verir ki, informasiyanı "Ajansspor" yayıb. Futbolçu “Fənərbağça”da az oyun vaxtı almasına münasibət bildirib: "Düşünürəm ki, onlar keçmişə çox ilişib qaldılar. Son dörd mövsümdə transfer pəncərəsinin sonunda transfer olunmuşam və dərhal meydana çıxmışam. Bu, ilk dəfə belə olmadı. Buna görə mətbuat konfransında qəribə ifadə işlətdim. Fərqli yanaşma göstərə bilərdilər. Amma bu məsələni yaxın zamanda klubla müzakirə edəcəyəm". Lukaku Türkiyəyə qarşı vurduğu qoldan da danışıb: "Qoluma görə xoşbəxtəm. Hücumçu olaraq hər zaman qol vurmaq istəyirsiniz. Bu gün qalib gəlməyimiz vacib idi və mən də komandaya töhfə verə bildiyim üçün şadam. Van Bommel öz seçimlərini edir. “Fənərbağça”da 100 faiz oynaya bilsəm, vəziyyətin fərqli olacağına əminəm. O zaman milli komandanın baş məşqçisinin seçimi daha çətin olar. Mən hər şeyə tam gücümlə yanaşan biriyəm. Yerimi qazanmaq üçün “Fənərbağça”ya qayıdacağam. Bu gün yaxşı vəziyyətdə olduğumu gördükləri üçün xoşbəxtəm. Ümid edirəm ki, fərqli statusla geri dönərəm". Əlisahib İbrahimli
"Fənərbağça"da 100 faiz oynaya bilsəm, vəziyyətin fərqli olacağına əminəm" - Lukaku
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev