“Çelsi” “Liverpul”un yarımmüdafiəçisi Florian Virtsi transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, məlumatı "Football Transfers" yayıb. Bildirilir ki, London klubu almaniyalı futbolçunun “Liverpul”dakı vəziyyətini yaxından izləyir. Virts yay transfer pəncərəsində “Bayer Leverkuzen”dən Mersisayd təmsilçisinə keçsə də, Premyer Liqadakı ilk aylarında gözləntiləri tam doğrulda bilməyib. “Çelsi”nin futbolçunun vəziyyətindən yararlanaraq gələcəkdə transfer üçün hərəkətə keçə biləcəyi bildirilir. London təmsilçisi Virtsi hücumameyilli yarımmüdafiə xəttini gücləndirmək üçün uyğun namizəd hesab edir. Bununla belə, “Liverpul”un futbolçunu qısa müddətdə satmaq niyyətində olmadığı qeyd olunur. Mersisayd klubu Virtsə böyük məbləğ ödəyərək heyətinə qatıb və onun komandada əsas fiqurlardan birinə çevriləcəyinə inanır. Əlisahib İbrahimli
"Çelsi" Virtsi istəyir
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev