Premyer Liqa klubları Kolumbiyaya skaut göndərdi

Premyer Liqa klubları Kolumbiyaya skaut göndərdi

İngiltərə Premyer Liqasının iki təmsilçisi "Brayton" və "Bornmut" "Atletiko Nasional"ın mərkəz müdafiəçisi Neyder Parra ilə yaxından maraqlanır. Fanat.Az "El Deportivo" nəşrinə istinadən xəbər verir ki, hər iki klub 21 yaşlı kolumbiyalı futbolçunu canlı izləmək üçün Medellin şəhərinə xüsusi skautlar göndərib. Cənubi Amerikada böyük perspektiv vəd edən gənc müdafiəçinin nümayiş etdirdiyi oyun ingilislərin böyük diqqətini çəkib. İngiltərə klublarının yaxın transfer pəncərəsində rəsmi təkliflə çıxış edəcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər