Məşqdə ağır zədə: Avroliqanın ulduzu 9 ay oynamaya bilər

Məşqdə ağır zədə: Avroliqanın ulduzu 9 ay oynamaya bilər

Avropa basketbolunun parlaq ulduzlarından biri olan Mayk Ceyms ağır zədə ilə üzləşib. Fanat.Az xəbər verir ki, "Monako"nun lideri məşq zamanı aldığı zədə səbəbindən uzunmüddətli müalicə kursu keçməli olacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Həkimlərin verdiyi rəsmi rəyə əsasən, təcrübəli pleymeykerin meydanlara dönməsi 7-9 ay çəkəcək. Qeyd edək ki, 34 yaşlı ulduz ötən mövsüm Avroliqada matç başına orta hesabla 17.9 xal, 4.1 ribaund və 5.1 məhsuldar ötürmə ilə oynayaraq turnirin ən dəyərli oyunçusu seçilmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər