"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı

"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı

Qazaxıstan millisinin və Sankt Peterburq "Zenit"inin mərkəz müdafiəçisi Nurali Alip yay transfer pəncərəsində klubunu dəyişməyə yaxın olub. Fanat.Az xəbər verir ki, "Neftçi" 26 yaşlı futbolçunu tam transfer etmək üçün Rusiya nəhənginə rəsmi müraciət edib. Lakin paytaxt təmsilçisinin təklifi "Zenit" rəhbərliyini qane etməyib və Rusiya klubu Qazaxıstan yığmasının kapitanı ilə yolları ayırmaq istəmədiyini bəyan edib. Beləliklə, Sankt Peterburq təmsilçisi ilə 2028 ci ilin iyununa qədər müqaviləsi olan təcrübəli stoperin Bakı klubuna keçidi baş tutmayıb. Qeyd edək ki, "Neftçi" Azərbaycan çempionatında yeni mövsümə uğurla başlayaraq keçirdiyi 6 matçdan 5-də qalib gəlib və turnir cədvəlinə başçılıq edir. Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər