Ən çox maaş alan milli komanda məşqçiləri açıqlandı - Son dünya çempionları ilk "3-lüy"ə düşmədi

Ən çox maaş alan milli komanda məşqçiləri açıqlandı - Son dünya çempionları ilk "3-lüy"ə düşmədi

Almaniyanın "Bild" nəşri ən çox maaş alan milli komanda məşqçilərinin reytinqini dərc edib. Fanat.Az xəbər verir ki, Braziliya millisinin italiyalı məşqçisi Karlo Ançelotti ildə 10 milyon avro maaşla birinci yeri tutub. Bu rəqəm ona ən yaxın izləyicisindən 3 milyon avro irəlidə olmağa imkan verib. Yürgen Klopp ikincidir. O, Almaniya Futbol Assosiasiyasından ildə 7 milyon avro qazanır. Ən çox maaş alan məşqçilərin ilk "üçlüy"ünü Maurisio Poçettino tamamlayıb. ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettinonun illik gəliri 6,8 milyon avrodur. Son dünya çempionu İspaniyanın baş məşqçisi Luis de la Fuente reytinqdə beşinci yerdədir. Avstriya millisinin məşqçisi Ralf Ranqnik isə ildə 2 milyon avro qazanaraq ilk "10-luğ"u tamamlayıb. Beləliklə, reytinqdə birinci və onuncu yerlər arasındakı fərq 8 milyon avrodur. "10-luq" belədir: Karlo Ançelotti, Braziliya: 10 milyon avro Yürgen Klopp, Almaniya: 7 milyon avro Maurisio Poçettino, ABŞ: 6,8 milyon avro Tomas Tuxel, İngiltərə: 6 milyon avro Luis de la Fuente, İspaniya: 5 milyon avro Xorxe Jezuş, Portuqaliya: 4 milyon avro Zinəddin Zidan, Fransa: 3,6 milyon avro Xavi, Hollandiya: 3 milyon avro Lionel Skaloni, Argentina: 2,3 milyon avro Ralf Rangnik, Avstriya: 2 milyon avro Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər