Üç cüdoçumuz 1/8 finala yüksəlib

Üç cüdoçumuz 1/8 finala yüksəlib

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb. Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb. B.Ağayev 1/8 finalda ABŞ-dən olan Conatan Yanqla üz-üzə gələcək. Eyni çəkidə yarışan daha bir cüdoçumuz Əhməd Yusifov da 1/8 finala yüksəlib. O, 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib. 48 kq çəki dərəcəsində yarışan Könül Əliyeva isə 1/8 finala çilidən olan Mari Di Varqas Leyi yenərək adlayəb. Onun növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər