"Fənərbağça" ilə matç həm bizim, həm də azarkeşlərimiz üçün maraqlı oldu" - Faiq Hacıyev

"Fənərbağça" ilə matç həm bizim, həm də azarkeşlərimiz üçün maraqlı oldu" - Faiq Hacıyev

Azərbaycan Premyer Liqası oktyabrın 9-dan yenidən start götürəcək. "Turan Tovuz" milli komandalara görə yaranan fasilə dönəmində, konkret, iki gün əvvəl "Fənərbağça" ilə qarşılaşdı. Tərəflər arasında dostluq matçında Türkiyə təmsilçisi 2:0 qalib gəldi. Ev sahibi komandanın müdafiəçisi Faiq Hacıyevlə əlaqə saxlayıb sözügedən görüş barədə düşüncələrini soruşduq. O, həmçinin "Turan Tovuz"un Premyer Liqadakı durumu və "Şəfa" ilə qarşıdakı matçdan gözləntilərini dilə gətirdi. Müdafiəçinin Fanat.Az -a açıqlaması belə oldu: "Fənərbağça" ilə görüş yaxşı keçdi. Mən həm bizim, həm də azarkeşlərimiz üçün maraqlı olduğunu, onların futboldan zövq aldıqlarını düşünürəm. Belə matçlar çox olduqca futbolumuz daha yaxşı inkişaf edəcək. Hər oyunda azarkeşlərimizə daha yaxşı "Turan Tovuz" göstərmək istəyirik və bunun üçün çalışırıq. Həm daha baxımlı oyun nümayiş etdirib, həm də turnir cədvəlində yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Deyərdim ki, bizi yaxşı oyun gözləyir. "Şəfa" komandası yeni yaranmağına baxmayaraq, yaxşı mübarizə aparan komandadır və keyfiyyətli futbolçuları var. Hər şeyi təfərrüatı ilə analiz edib oyuna hazırlaşacağıq”. Qeyd edək ki, "Şəfa" - "Turan Tovuz" matçı 11 oktyabrda baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək. Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər