“Liverpul” müdafiə xəttini gücləndirmək üçün “Tottenhem”in futbolçusu Miki van de Venlə maraqlanır. Fanat.Az xəbər verir ki, informasiyanı “Goal” yayıb. Mənbənin məlumatına görə, Mersisayd təmsilçisi niderlandlı müdafiəçini Vircil van Deykin gələcək varisi kimi nəzərdən keçirir. Klubun rəhbərliyi 25 yaşlı futbolçunu uzun müddətdir izləyir və onun transferi üçün hərəkətə keçməyi planlaşdırır. Van de Ven sürəti, fiziki gücü və sol ayaqla oynaması ilə seçilir. O, həmçinin Premyer Liqada kifayət qədər təcrübə toplayıb və hazırda “Tottenhem”in kapitanıdır. “Liverpul”un futbolçuya marağının əsas səbəblərindən biri Vircil van Deykin müqaviləsinin 2027-ci ilin iyununda başa çatmasıdır. Mersisayd klubu müdafiə xəttində mümkün dəyişikliklərə indidən hazırlaşmaq istəyir. Bununla belə, transferi reallaşdırmaq asan olmayacaq. Van de Ven ötən avqustda “Tottenhem”lə yeni beşillik müqavilə imzalayıb və klub onun komandadakı əsas oyunçulardan biri olduğunu düşünür. “Mançester Yunayted”in də niderlandlı müdafiəçiyə maraq göstərdiyi bildirilir. Əlisahib İbrahimli
"Liverpul" Van Deykin varisini tapdı
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev