Millətlər Liqası: 4-cü tur 8 oyunla start götürür

Millətlər Liqası: 4-cü tur 8 oyunla start götürür

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 4-cü tur start götürəcək. Fanat.Az-ın məlumatına görə, A, B və D Liqasında ümumilikdə 8 oyun keçiriləcək. Tura Bakıda start veriləcək. D Liqasının 2-ci qrupunda yer alan Azərbaycan millisinin Litvanı qəbul edəcəyi tur çərçivəsində bu liqanın 1-ci qrupunda Malta Andorranı qəbul edəcək. Əsas maraq doğuran görüşlər isə A Liqasında reallaşacaq. 2-ci qrupda mübarizə aparan Yürgen Klopplu Almaniya millisi Yunanıstanla səfərdə qarşılaşacaqsa, Niderland Serbiyanı qəbul edəcək. 4-cü qrupda isə Portuqaliya - Norveç və Uels - Danimarka görüşləri baş tutacaq. UEFA Millətlər Liqası Qrup mərhələsi, 4-cü tur 4 oktyabr D Liqası, 2-ci qrup 17:00. Azərbaycan - Litva Xal durumu: Litva - 4, Azərbaycan - 2, Lixtenşteyn - 1. D Liqası, 1-ci qrup 20:00. Malta - Andorra Xal durumu: Malta - 4, Cəbəllütariq - 2, Andorra - 2. B Liqası, 3-cü qrup 20:00. Kosovo - Avstriya 22:45. İrlandiya - İsrail Xal durumu: Avstriya - 7, Kosovo - 6, İrlandiya - 4, İsrail - 1. A Liqası, 2-ci qrup 22:45. Niderland - Serbiya 22:45. Yunanıstan - Almaniya Xal durumu: Yunanıstan - 7, Niderland - 5, Almaniya - 4, Serbiya - 0. A Liqası, 4-cü qrup 22:45. Portuqaliya - Norveç 22:45. Uels - Danimarka Xal durumu: Portuqaliya - 9, Danimarka - 3, Norveç - 3, Uels - 3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər