Rusiyanın "Ural" klubunun baş məşqçisi Sergey Yuran hücumçu Artyom Dzyubanı komandasına dəvət etməyi düşünür. Fanat.Az xəbər verir ki, o, karyerasını bitirməyi düşünən 38 yaşlı futbolçunu fikrindən daşınrmağa səsləyib. "Çempionat " qəzeti Yuranın dediklərini belə çatdırıb: "Ural" onu qəbul edərdi? Bu barədə tanışlarla danışdıq və onlardan soruşdum: "Ural"la bağlı ona zəng etməyə dəyərmi? Bəlkə artıq işini bitirib? Mənə yenidən zəng etdilər ki, o, heç yerə getmək istəmir. Onun yaşı məni narahat etmir. Luka Modriç 41 yaşındadır və "Milan"da oynayır. Artyom isə Birinci Liqada əsl dəyər olardı! Təcrübə burada əsas rol oynayır. O, qol vura, ötürmə verə bilər və ondan tələb olunan tək şey budur. Hətta səfər oyunlarına getməsə belə, razılaşaram. Niyə də yox? Evdə öz stadionumuz, yaxşı meydançamız və əla atmosferimiz var. Artyom dediklərimi oxuyub və ya eşidib kədərlənməsin ki, belə bir şansı əldən verib. Həmişə şans var. Qış tətili yaxınlaşır, biz bu keçidə açıqıq". Dzyuba Rusiya çempionatında və Rusiya milli komandasında bütün zamanların ən çox qol vuran oyunçusudur. O, Rusiya futbolunda 248 qol vurub. Vaxtilə Azərbaycan klubu "Simurq"u çalışdıran 57 yaşlı mütəxəssis Sergey Yuran 2026-cı ilin yayından "Ural"a rəhbərlik edir. Mirağa
Azərbaycanda çalışmış məşqçi Dzyubanı dilə tutdu - "Hətta səfər oyunlarına getmə!"
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev