Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda sabah Litva seçməsinə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb. Fanat.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıda baş turacaq matçdan öncə təşkil edilən mətbuat konfransında belə danışıb: "Artıq bir-birimizi yaxşı tanıyırıq. Əzmkar komandaya qarşı oynayacağıq. Qısa müddətdə dördüncü oyunumuza çıxacağıq. Təəssüf ki, son qarşılaşmada qələbə qazana bilmədik. Futbolçularla söhbətimiz oldu. Sabah daha yaxşı oynamaq məcburiyyətindəyik. Futbolçulara inanıram. Uşaqlar Lixtenşteynlə maçtdan sonra çox məyus idilər. Bunu unutmalı və Litvaya qarşı mübariz oyun sərgiləməliyik". Abbasov komandanın tənqid olunmasına münasibət bildirib: "Millidə oynamaq, çalışmaq böyük təzyiqdir. Bunlara tab gətirməlisən. Son matçdan sonra futbolçuların hər biri ilə təkbətək söhbət etmişik. Milli karyeraları yeni başlayan var. Onlara da vaxt lazımdır. Bir oyunla hər şey bitmir. Qrup lideri olmaq istəyirik". Xatırladaq ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.
"Son matçdan sonra futbolçuların hər biri ilə təkbətək söhbət etmişik" - Ayxan Abbasov
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev