Portuqaliyalı hücumçu Joau Feliks gələn yay “Barselona”ya qayıtmaq arzusundadır. Fanat.Az xəbər verir ki, məlumatı "Transfermarkt" yayıb. Bildirilir ki, “Əl-Nəsr”də çıxış edən 26 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq. Feliks müqaviləsinin müddəti başa çatdıqdan sonra Avropaya qayıtmaq və yenidən UEFA Çempionlar Liqasında oynamaq istəyir. Futbolçunun əsas arzusu isə "Barselona"ya qayıtmaqdır. Feliks 2023/24 mövsümündə Kataloniya klubunda icarə əsasında çıxış edib və həmin mövsümdə 10 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Bununla belə, İspaniya mətbuatında yayılan son məlumatlara görə, hazırda "Barselona"nın heyətində Feliks üçün yer yoxdur. İspaniyalı jurnalist Matteo Moretto da futbolçunun kluba qayıtmaq istədiyini, lakin hazırda bununla bağlı konkret danışıqların olmadığını bildirib. Əlisahib İbrahimli
"Barselona"da Feliksə yer yoxdur
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev