Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq. Fanat.Az xəbər verir ki, D Liqasında yer alan yığma 2-ci qrupun görüşündə Litva seçməsini qonaq edəcək. Bakıda "8-ci km" qəsəbə stadionunda keçiriləcək baş tutacaq oyun saat 17:00-da başlayacaq. Qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Qustavo Korreya olacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu milli ilk iki matçda qələbə qazanmadığından qrup lideri olmaq şansını çətinə salıb. Bu üzdən litvalılarla bugünkü görüş taleyüklüdür. Komanda nəyin bahasına olur olsun, rəqibini yenməlidir. Səfərdə Lixtenşteyni 2:0 hesabı ilə üstələyən, evdə Azərbaycanla 1:1 bərabərə razılaşan Litva yığması 4 xalla liderdir. Millimiz isə 2 oyundan topladığı 2 xalla 2-ci yerdə qərarlaşıb. Lixtenşteyn isə Bakıda əldə etdiyi 1 xalla qrup sonuncusudur. Azərbaycan millisi qrupda son oyununu 13 noyabrda səfərdə Lixtenşteynə qarşı keçirəcək. UEFA Millətlər Liqası D Liqası, 2-ci qrup 27 sentyabr 17:00. Azərbaycan - Litva Qustavo Korreya, Andre Filipe Noqeyra Dias, Andreya Souza, Migel Andre Monteyro Fonseka (hamısı Portuqaliya). VAR: Bruno Esteves (Portuqaliya). AVAR: Ana Klaudiya Silva Ribeyro (Portuqaliya). Bakı. "8-ci km" qəsəbə stadionu.
Millətlər Liqası: Azərbaycan millisi Litvaya qarşı
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev