Kataloniya təmsilçisi "Barselona" "Brügge"də çıxış edən Nikolo Tresoldini hücum xəttini gücləndirmək üçün namizədlər siyahısına daxil edib. Fanat.Az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı gənc hücumçu yay transfer pəncərəsindən bəri rəhbərliyin diqqət mərkəzindədir. Ötən mövsümü 23 qol və 9 məhsuldar ötürmə ilə başa vuran İtaliya əsilli forvard bu mövsüm də 9 matçda 5 qol vuraraq diqqət çəkib. Bazar dəyəri hazırda 25 milyon avro qiymətləndirilən gənc ulduz üçün İspaniya klubunun yaxın vaxtlarda rəsmi addım atacağı gözlənilir.
"Barselona"nın yeni "9 nömrə" planı
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı