"Qarabağ"da parladı, Avropada kabus yaşayır

"Qarabağ"da parladı, Avropada kabus yaşayır

Ötən mövsüm "Qarabağ"ın heyətində göstərdiyi oyunla diqqətləri üzərinə çəkən və iyul ayında "Löven" klubuna transfer olunan Emanuel Addai üçün yeni macəra gözləniləndən də acınacaqlı başlayıb. 2029-cu ilin yayına qədər müqavilə imzalayan 24 yaşlı qanalı vinger yeni komandasında tamamilə unudulub. Fanat.Az xəbər verir ki, çempionatda artıq 7 tur geridə qalsa da, Addai Belçika təmsilçisinin heyətində bir saniyə də olsun rəsmi matçda forma geyinməyib. Baş məşqçi Timmi Simons gənc cinah hücumçusuna etimad göstərmir və onu meydana buraxmaqda maraqlı görünmür. Keçirilən 7 oyunda cəmi 1 qələbə qazanan, 1 heç-heçə edən və 5 dəfə meydandan məğlub ayrılan "ağlar" 4 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Ötən mövsüm ağdamlıların heyətində bütün turnirlərdə 49 oyuna çıxan və Çempionlar Liqasında da qol sevinci yaşayan futbolçunun Belçikada ehtiyat skamyaya məhkum olunması onun karyerasında kəskin geriləmə kimi qiymətləndirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər