“Arsenal”ın hücumçusu Viktor Dyökereş UEFA Millətlər Liqasında yeni rekord müəyyənləşdirib. Fanat.Az xəbər verir ki, informasiyanı "Uefa.com" yayıb. Məlumata görə, İsveç millisinin heyətində Bosniya və Herseqovinaya qarşı keçirilən oyunda fərqlənən 28 yaşlı forvard turnirdə ardıcıl altıncı matçda qol vurub. Görüş 1:1 hesabı ilə başa çatıb. Dyökereş bununla Millətlər Liqası tarixində ardıcıl altı oyunda qol vuran ilk futbolçu olub. Onun qol seriyası 2024-cü ilin oktyabrında Estoniya ilə qarşılaşmada başlayıb. Daha sonra hücumçu Slovakiya və Azərbaycanla matçlarda da rəqib qapısına yol tapıb. Azərbaycanla görüşdə o, 4 qol vurub. İsveçli futbolçu 2026/27 mövsümündə də məhsuldarlığını davam etdirərək Rumıniya, Polşa və Bosniya və Herseqovinaya qarşı oyunların hər birində qol vurub. Dyökereşin bu seriyadakı ümumi qol sayı 9-a çatıb. Bundan əvvəl turnirdə ardıcıl beş oyunda fərqlənmək rekordu Aleksandar Mitroviç və Benjamin Şeşkoya məxsus idi. Viktor İsveçin növbəti oyunda Rumıniyaya qarşı mübarizəsində də qol vuraraq rekordunu yeddinci görüşə çatdırmağa çalışacaq. Əlisahib İbrahimli
Dyökereş heç kimin bacarmadığını reallaşdırdı
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev