Maykl Olise ilə bağlı transfer planında yeni imkanlar yaranıb. Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb. Mənbənin məlumatına görə, "Bayern Münhen" fransalı futbolçu ilə müqaviləni uzatmaq istəyir. Hazırkı sözləşməsi 2029-cu ilin yayına qədər qüvvədə olan Olise üçün Almaniya klubu 2032-ci ilə qədər yeni müqavilə hazırlayır. Münhen klubunun futbolçuya illik 25 milyon avroya qədər maaş təklif etməyə hazır olduğu bildirilir. Lakin Olisenin yeni müqavilə ilə bağlı əsas tələbi sərbəstqalma maddəsidir. 24 yaşlı futbolçunun nümayəndələri müqaviləyə 200 milyon avroluq çıxış maddəsinin daxil edilməsini istəyirlər. Almaniya təmsilçisi isə bu məbləğin kifayət qədər aşağı olduğunu düşünür. Klub hesab edir ki, Avropanın ən zəngin komandaları gələcəkdə 200 milyon avroluq məbləği ödəyə bilər. Olisenin vəziyyəti "Real Madrid" və "Liverpul"un da diqqətindədir. Bu səbəbdən "Bayern Münhen" futbolçunun gələcəyi ilə bağlı məsələyə mümkün qədər tez aydınlıq gətirmək istəyir. Olise bu mövsüm də yüksək performans nümayiş etdirir. Fransalı futbolçu mövsümün ilk yeddi oyununda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Əlisahib İbrahimli
Olise "Bayern Münhen"ə şərt qoydu
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev