"Hər şey millimizin öz əlindədir" - Arif Əsədov

"Hər şey millimizin öz əlindədir" - Arif Əsədov

Azərbaycan və Litva millisi dünən üz-üzə gəlib. Tərəflər arasında gərgin keçən matçda Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1:0 hesabı ilə qalib gəlib. Yığmamızın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə nə düşündüyünü soruşduq. Onun Fanat.Az -a açıqlaması belə olub: "Lixtenşteyn oyunundan sonra millimizin həm psixoloji vəziyyəti, həm də əhval-ruhiyyəsi, məncə, yerində deyildi. Bu da başadüşüləndir, çünki Lixtenşteynlə matçda vacib 2 xal itirdik. Ona görə də bunu kompensasiya etmək üçün Litva ilə görüşdə, nəyin bahasına olursa-olsun, qələbə qazanmaq vacib idi. Belə məqamlarda bəzən nəticə yaxşı oyundan daha ön plana keçir. Bu da elə matçlardan biri idi. Millimiz əzmkarlıq göstərdi, motivasiyalı və istəkli idi. Bunun da nəticəsində, qələbə qazandılar. Hal-hazırda yığmamız turnir cədvəlində ilk pillədədir və indi əsas məqsəd son oyunda Lixtenşteynə səfərdə qalib gələrək bu mövqeyi qorumaqdır. Yəni hər şey millimizin öz əlindədir. Bir daha bu oyun münasibətilə yığmamızı təbrik edirəm. İnanıram ki, növbəti Lixtenşteyn səfərində də qələbə qazanaraq bu mərhələni yekunlaşdıracaq və ilk pilləni əldə edəcəyik". Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər