Azərbaycan millisi bu gün Litva ilə qarşılaşıb. Fanat.Az xəbər verir ki, yığmamız Abdulla Xaybullayevin vurduğu qol ilə 1:0 hesablı qələbə qazanıb. Oyundan sonra Litva millisinin baş məşqçisi Edqaras Yankauskas jurnalistlərin suallarını cavablandırıb: "İki eyni səviyyəli komandanın mübarizəsi idi. Çox təəssüf ki, biz qol vura bilmədik, ancaq Azərbaycan bunu bacardı. Onları qələbə münasibəti ilə təbrik edirəm. - Azərbaycan - Lixteynşteyn matçı sizin üçün motivasiya yaratmışdı? - Əvvəlki oyun fərqli bir matç idi. Buradakı ssenari daha fərqli idi. İki bərabər komandanın oyunu idi. Azərbaycan bir qol vurmağı bacardı və qələbəyə layiq oldu. - Bu məğlubiyyətdən sonra qrup liderliyi şanslarının azaldığını düşünürsünüz? VAR-da verilən qırmızı vərəqənin dəyişməsi sizi təəssüfləndirdi? - Qrup lideri olmaq şansımız hələ də var. VAR bu gün rəğbət göstərmədi. Azərbaycana daha çox xeyir verdi. Bəzi məqamlarda cərimə verilməli idi. - Valdas Dambrauskas ilə görüşəcəyinizi bildirmişdiniz. Bu görüş baş tutdu? - O bizə bu matçda uğurlar arzuladı. Əlisahib İbrahimli
Litvanın baş məşqçisi Yankauskas millimizlə oyun barədə nə dedi?
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev