Millimiz Regional Liqa klubu uddu - FOTOLAR

Millimiz Regional Liqa klubu uddu - FOTOLAR

Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, millimizin rəqibi "Pirmasens" klubu olub.

Oyun komandamızın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bilal Sezerin dubl etdiyi oyunda Bayram Budaqov və Elbəyi Quliyev fərqlənib.

Qeyd edək ki, Regional Liqada çıxış edən "Pirmasens" 1903-cü ildə yaradılıb. Komanda cari mövsümdə keçirdiyi 12 oyunda 13 xal qazanıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər