İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti mərhələyə vəsiqə qazanıb. Fanat.az xəbər verir ki, dünən Bolqarıstan yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qalib gələrək qrupda ikinci yeri tutub. Futbolçularımızdan Hikmət Bağırov, Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib.
Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk oyununda Çexiya yığmasını 4:1 hesabı ilə məğlub etmiş, növbəti qarşılaşmada isə İspaniya komandasına 3:5 hesabı ilə uduzmuşdu. Seçmə mərhələdə komandamızın növbəti rəqibləri İngiltərə yığması və İsveçrə - Fransa oyunun qalibi olacaq.
| № | Komandalar | O | Q | H | M | T/F | X |
| 1 | İspaniya | 3 | 3 | 0 | 0 | 23-4 | 9 |
| 2 | Azərbaycan | 3 | 2 | 0 | 1 | 10-8 | 6 |
| 3 | Çexiya | 3 | 1 | 0 | 2 | 6-18 | 3 |
| 4 | Bolqarıstan | 3 | 0 | 0 | 3 | 7-16 | 0 |
Fanat.az