Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, Küveytin U-21-i ilə qarşılaşan yığmamız Tərlan Quliyev və Kərəm Benkhenin vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, yığmamız bundan əvvəl "Antalyaspor"un komandasını 5:3, Qazaxıstanın U-21 yığmasını 1:0 hesabı ilə yenib, Sinqapurun A millisi ilə sülh bağlayıb - 1:1.
Fanat.az