Millimiz Kubanı udub, mərhələ adladı

Millimiz Kubanı udub, mərhələ adladı
İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, milli komandamız bu gün qrupda son oyununu keçirib.
Bu dəfəki rəqibimiz Kuba yığması olub. İlk 4 oyunun hamısında 0:3 hesabı ilə yenən rəqib millimizə sonadək müqavimət göstərib. İlk setdə qalib gələn (25:20) komandamız ikinci setdə uduzub (25:27). Növbəti iki setdə bir neçə dəfə hesabda geri düşən yığmamız çətinliklə olsa da, qələbəni bayram edib - 25:20, 25:22. Beləliklə, millimiz Kubanı 3:1 hesabı ilə yenərək mərhələ adlayıb.
Qeyd edək ki, milli komandamız bundan əvvəl Yaponiya (3:2) və Puerto-Rikanı (3:2) məğlub edib, Çin (0:3) və Belçikaya uduzub. 
D qrupunda son iki oyun bu gecə keçiriləcək. Bakı vaxtı ilə saat 20.10-da Yaponiya - Çin, 23.00-da Belçika - Puerto Riko matçlarına start veriləcək. 
DÇ-2015
İtaliya
D qrupu
28 sentyabr
Azərbaycan - Kuba 3:1 (25:20, 25:27, 25:20, 25:22)
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Kovalenko, 3. Anastasiya Qurbanova, 4. Oksana Parxomenko, 5. Odina Əliyeva, 6. Ayşən Abduləzimova, 7. Yelena Parxomenko, 8. Natavan Qasımova, 10. Jana Ağayeva, 11. Katerina Jidkova, 16. Oksana Kiselyova, 17. Polina Rahimova.
Baş məşqçi: Aleksandr Çervyakov.
Kuba: 2. Reqla Raynyeris Qonzales, 3. Alena Royas Orta, 4. Melissa Teresa Varqas Abreu, 5. Yamila Hernandes Santas, 6. Daymara Leskay Kajiqal, 10. Emili Borrell Kruz, 11. Qretell Elena Moreno Borrero, 12. Dairilis Marqarita Kruz Peres, 14. Dayami Sançes Savon, 17. Heydi Kasanova Alvares, 18. Sulian Karidad Matienzo Linares, 19. Cennifer Yanet Alvares Hernandes.
Baş məşqçi: Xuan Karlos Qala Rodriges.
Hakimlər: Fabrizio Paskuali (İtaliya), Sze Lai Kedrik Çunq (Honq Konq).
Bari. "PalaFlorio" salonu.

№

Komanda

O

Q

M

S/F

X/F

F

1

Çin

4

4

0

12:0

300:213

12

2

Yaponiya

4

3

1

11:4

348:318

10

3

Azərbaycan

5

3

2

9:11

410:449

7

4

Belçika

4

2

2

7:6

302:269

6

5

Puetro-Riko

4

1

3

5:9

308:324

4

6

Kuba

5

0

5

1:15

308:403

0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər