Millimiz İsveçrə klubuna uduzdu

Millimiz İsveçrə klubuna uduzdu
Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün üçüncü sınaq matçını keçirib. Fanat.az xəbər verir ki, rəqib İsveçrə təmsilçisi olub.
Belə ki, Mirbağır İsayev yetirmələrini "Lozanna" klubunun "Team Vaud M-21" adlanan ikinci heyəti ilə oyunda sınayıb. Oyun isveçrəlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin yeganə qoluna Xəyal Əmirli imza atıb. Yığma komandamız meydana qara sarğı ilə çıxaraq, Xocalı faciəsinin qurbanlarını yad edib.
Qeyd edək ki, "Hauenşteyn" klubu 1919-cu ildə yaradılıb. Komanda indiyədək aşağı liqalarda çıxış edib. Hazırda "Oberliqa" adlanan 5-ci dəstənin "Reynland-Pfalz/Saar" zonasında çıxış edən "Hauenşteyn" ilk dövrəni ikinci pillədə başa vurub.
Onu da qeyd edək ki, bu yığmamızın Antalyada üçüncü oyunu olacaq. Bundan əvvəl İsveçrənin "Qrasşopper" klubunun U-19 komandasına qalib gələn (3:2) Mirbağır İsayevin yetirmələri Moskva "Spartak"ının əvəzedicilərinə yenilib (1:4).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər