Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün yoxlama oyunu keçirəcək. Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, millimizin rəqibi İsveçrənin "Qrasşopper" klubunun U-19 komandası olacaq.
Matçın start fiti Bakı vaxtı ilə saat 19.30-da çalınacaq. Oyun Antalyanin Lara bölgəsindəki "Miracle" otelinin meydançasında baş tutacaq. Qarşılaşmanı türkiyəli hakimlər idarə edəcək.
Fanat.az