İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə mərhələsində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirib. Fanat.az xəbər verir ki, yığmamız bu dəfə İspaniya ilə qarşılaşıb.
8 qolun vuruluduğu oyunda ispanlar qələbə qazanıb. Belə ki, millimiz 3:5 hesabı ilə yenilib. Yığmamız ilk turda Çexiyanı 4:1 hesabı ilə yenmişdi.
İspaniya - Azərbaycan 5:3
Qollar: Sabir Allahquliyev, 13; 16. Amid Nəzərov, 23.
Azərbaycan: Əbdül Əliyev, Sabir Allahquliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev, Elçin Qasımov, Əli Hüseynov, Asif Zeynalov, Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Amid Nəzərov, Renat Sultanov.
Fanat.az